TooFun
TooFun App
Name

12.02.2018 / 15.02.2018

SEVGİLİLƏR GÜNÜNƏ HƏDİYYƏ TAPMAYANLAR ÜÇÜN SON ŞANS

Onun üçün ən böyük hədiyyə sizin sevginizdir. Lakin sevgi hər zaman diqqət istəyər. Sevgililər Günü diqqətinizi ifadə etmək üçün əla fürsətdir. TooFun da sevimli istifadəçilərini diqqətsiz qoymaz!

Əgər hədiyyə seçimini son ana saxlamısınızsa, bu dəfə düz eləmisiniz. Çünki indi hədiyyə almağın əsl zamanıdır. Bütün şəhər Sevgililər Günü havasında, hər yerdə isə bu günə özəl endirim və sərfəli təkliflər uçuşur. İndi qaldı əsas məsələ, harada nə təklif var? Amma bu həm də ən asan məsələdir. Belə ki, olduğunuz yerdən uzaqlaşmadan Sevgililər Günü üçün hədiyyə təkliflərini görmək üçün TooFun var.

Bu dəfə biz sizə hədiyyə seçimində yardımçı olacağıq və Bakının ən maraqlı, ən orijinal və həm də sərfəli təkliflərini bir araya toplamışıq.
Sevimli içkinizi əlinizə alın və sizin üçün hazırladığımız Sevgililər Günü hədiyyə təkliflərini dəyərləndirin: